Xəzər Xəbər

“Yuventus”un səhmləri bahalaşıb - Səbəbi odur

İdman | 15:31 • 25 Avqust 2018
“Yuventus”un səhmləri bahalaşıb - Səbəbi odur

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun transferindən sonra İtaliyanın "Yuventus” klubunun səhmləri 55,15 faiz bahalaşıb.

"Report” "Football Italia”ya istinadən xəbər verir ki, hazırda Turin təmsilçisinin bir səhminin dəyəri 1 avrodan çoxdur.

Qeyd edək ki, Ronaldu bu yay İspaniyanın "Real Madrid” klubundan 112 milyon avroya alınıb. 33 yaşlı hücumçunun illik maaşı 30 milyon avro təşkil edir.

Xəbər lenti