Xəzər Xəbər

Qərarını verdi: "Barselona"dan ayrılır

İdman | 14:43 • 24 Avqust 2018
Qərarını verdi: "Barselona"dan ayrılır

"Barselona"da əsas heyətə düşməyi bacarmayan Tomas Vermalen komandadan ayrılmaqla bağlı qərar verib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Belçika millisinin üzvü agentinə klub tapmasıyla bağlı söhbət edib.

"Barselona" 2019-cu ilə qədər müqaviləsi olan 32 yaşlı müdafiəçinin ayrılıq qərarına qarşı çıxmır.

Qeyd edək ki, Vermalen 2014-cü ildə "Arsenal"dan "Barselona"ya keçib.

Xəbər lenti