Xəzər Xəbər

Qomis “Qalatasaray”ı tərk etdi

İdman | 14:35 • 24 Avqust 2018
Qomis “Qalatasaray”ı tərk etdi

"Qalatasaray” hücumçusu Bafetimbi Qomislə yollarını ayırıb. Fransız futbolçuSəudiyyə Ərəbistanının "Əl-Hilal” klubuna transfer olunub.

Hər iki klubun mətbuat xidməti məlumatı təsdiqləyib. Ərəblər bu transferə görə "Qalatasaray”a 6 milyon avro ödəyəcək. Futbolçu özü isə illik 8 milyon avro maaş alacaq. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Qomis ötən mövsüm 33 oyuna 29 qol vuraraq, Superliqanın bombardiri olmuşdu.

Xəbər lenti