Xəzər Xəbər

"Neftçi"nin legioneri milliyə dəvət aldı

İdman | 16:52 • 23 Avqust 2018
"Neftçi"nin legioneri milliyə dəvət aldı

"Neftçi”nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.

Avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq 28 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da baş tutacaq Haiti – Sent Martin matçına çağırılıb.

Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 9 oyun keçirib.

Xəbər lenti