Xəzər Xəbər

`Şerif`lə oyun öncəsi “Qarabağ”da ciddi itki

İdman | 16:08 • 23 Avqust 2018
`Şerif`lə oyun öncəsi “Qarabağ”da ciddi itki

"Qarabağ”ın əsas qapıçısı Hannes Halldoursson bu axşam keçiriləcək "Şerif” – "Qarabağ” görüşündə iştirak edə bilməyəcək. İslandiya yığmasının qapıçısı dünən axşam baş tutan məşqdə qasığ nahiyəsində əzələsini dartıb.

Bu səbəbdən də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionunun çərçivəsini Vaqner da Silva qoruyacaq.

Qeyd edək ki, "Şerif” – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər lenti