Xəzər Xəbər

ÇL-də pley-offun ilk oyunlarına yekun vuruldu

İdman | 09:56 • 23 Avqust 2018
ÇL-də pley-offun ilk oyunlarına yekun vuruldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.


XəzərXəbər-in məlumatına görə, ikinci oyun günündə də 3 qarşılaşma keçirilib.


"Ayaks” öz meydanında Kiyev "Dinamo”su ilə qarşılaşıb. Görüş Hollandiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Videoton” öz meydanında AEK-i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:2.

"Yanq Boyz” isə ev oyununda Zaqreb "Dinamo”su ilə bərabərə qalıb - 1:1.

Xəbər lenti