Xəzər Xəbər

"Barselona" yarımmüdafiəçisini icarəyə verdi

İdman | 11:41 • 22 Avqust 2018
"Barselona" yarımmüdafiəçisini icarəyə verdi

"Barselona" yarımmüdafiəçisi Rafinya Alkantaranı icarəyə verib.

Braziliyalı futbolçunun agenti və atası Mazinyo "Real Betis" rəhbərliyilə görüşüb. Danışıqların müsbət tamamlandığı bildirilir. 25 yaşlı futbolçu əndəlüsiyalılarda 1 illik icarə əsasında çıxış edəcək. Keçidin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidir. O, son mövsümü icarə əsasında "İnter"də oymayıb.

Xəbər lenti