Xəzər Xəbər

Almaniyanın ən sevimli futbol klubu: "Bavariya" deyil...

İdman | 16:52 • 18 Avqust 2018
Almaniyanın ən sevimli futbol klubu:

Almaniyalı azarkeşlərin ən sevimli futbol klubu müəyyənləşib.


"Statista”nın azarkeşlər arasında keçirdiyi sorğunun qalibi Dortmund "Borussiya” olub. Bu komanda 52 faiz səs toplayıb. Dortmund klubuna nifrət edənlər 31 faiz olub.


Ölkənin ən titullu klubu "Bavariya” siyahıda ikinci olub. Münhen klubunu bəyənənlər və nifrət edənlərin faizi eynidi - 41. Qalan 18 faizi isə "Bavariya"ya neytral münasibət bəsləyir.


Qeyd edək ki, "Bavariya” tarixi ərzində 18 dəfə Almaniya çempionluğunu və Almaniya Kubokunu, 5 dəfə Çempionlar Liqasını qazanıb.


Fanat.Az

Xəbər lenti