Xəzər Xəbər

Ronaldonun “Yuventus”da debüt edəcəyi tarix açıqlandı

İdman | 16:46 • 18 Avqust 2018
Ronaldonun “Yuventus”da debüt edəcəyi tarix açıqlandı

Kriştiano Ronaldonun "Yuventus”da rəsmi matçda debüt edəcəyi tarix açıqlanıb.


33 yaşlı portuqaliyalı ulduz bu gün A Seriyasanın ilk turu çərçivəsində "Kyevo" ilə keçiriləcək səfər matçında meydana çıxacaq. Bu barədə Turin klubunun baş məşqçisi Massimilano Allegri məlumat verib.


Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.


Qeyd edək ki, Ronaldo bu yay "Real"dan "Yuventus”a trasfer olunub.


Fanat.Az

Xəbər lenti