Xəzər Xəbər

Şeydayevin əvəzinə nigeriyalı forvard

İdman | 14:19 • 17 Avqust 2018
Şeydayevin əvəzinə nigeriyalı forvard

Millimizin üzvü Ramil Şeydayevin müqaviləsinə xitam verən "Trabzonspor" hücum xəttinə yeni oyunçu alıb.

"Bordo-mavililər" İsrailin "Hapoel Byer-Şeva" klubundan Entoni Nvakaemenin transferində anlaşma əldə edib. Nigeriyalı hücumçu bu gün Türkiyəyə gələrək, rəsmi müqaviləyə qol çəkəcək. Qara dəniz təmsilçisi bu keçid üçün 1,1 milyon avro ödəyəcək.

Qeyd edək ki, 29 yaşlı futbolçu Nigeriya millisində bir oyun keçirib. Nvakaeme"Hapoel Byer-Şeva"da 2015-ci ildən çıxış edirdi.

Əlavə edək ki, "Trabzonspor"dan ayrılan Ramil Şeydayev Rusiya Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la anlaşıb.

Xəbər lenti