Xəzər Xəbər

"Qalatasaray" 35 yaşlı futbolçu ilə vidalaşır

İdman | 10:48 • 17 Avqust 2018
"Qalatasaray" 35 yaşlı futbolçu ilə vidalaşır

"Qalatasaray" 2007-ci ildən komandada çıxış edən Hakan Balta ilə ötən mövsüm başa çatan müqaviləni uzatmadı.

35 yaşlı müdafiəçi ilə vida mərasimi təşkil olunacaq. Bu, "Qalatasaray"ın Super Liqada "Göztəpə"ni qəbul etdiyi ev oyunundan öncə baş tutacaq.

Türkiyə millisinin sabiq üzvünün karyerasına başa vuraraq, "Qalatasaray"ın akademiyasında məşqçilik edəcəyi gözlənilir.

Qeyd edək ki, Hakan Balta "sarı-qrımızılar"da 332 oyun keçirib.

Xəbər lenti