Xəzər Xəbər

Məmmədyarov ABŞ-da üçüncü oldu

İdman | 10:03 • 17 Avqust 2018
Məmmədyarov ABŞ-da üçüncü oldu
ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – "Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb.


Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Belədə Nakamura birinci olub. Fransa təmsilçisi Maksim Vaşye-Laqrav isə ondan 1 xal geri qalaraq ikinci yerə çıxıb.


Yarışda üçüncü yeri 21 xalla şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri isə 20 xalla İtaliya təmsilçisi Fabiano Karuana tutub.

Xəbər lenti