Xəzər Xəbər

"Tottenhem" hücumçusunu nömrəsiz qoydu

İdman | 10:53 • 16 Avqust 2018
"Tottenhem" hücumçusunu nömrəsiz qoydu

"Tottenhem" hücumçusu Vinsent Yanssenlə yolları ayırmaq üzrədir.

London klubu Premyer Liqanın iştirak ərizəsində 24 yaşlı hücumçuya yer verməyib. Ümumiyyətlə, 9 nömrəli formada hollandiyalı forvardın adı yer almır. Komandanın baş məşqçisi Maurisio Poçettino açıqlamasında Yansseni heyətdə düşünmədiyini demişdi.

İki mövsüm öncə "Alkmaar"dan 22 milyon avroya transfer edilən Hollandiya millisinin üzvü "Tottenhem"də 9 nömrəli formada çıxış edirdi. O, son mövsümü "Fənərbaxça"da icarə əsasında keçirib.

Xəbər lenti