Xəzər Xəbər

"Avroliqa haqqında fikirləşməliyik" Qurban Qurbanov

İdman | 10:12 • 15 Avqust 2018
"Avroliqa haqqında fikirləşməliyik"
"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər"


XəzərXəbər xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bildirib ki, futbolçuların oyunundan razı qalıb, son ana qədər mübarizə apardılar.



"Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik" - deyə Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti