"BATE klubunu növbəti
mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Hər iki oyunda
çox intizamlı komanda olduğunu göstərdilər" XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov BATE ilə görüşdən sonra deyib.
"Futbolçularımdan
razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqda heç vaxt
danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda
fikirləşməliyik", - Q.Qurbanov deyib.
Qeyd edək ki, "Qarabağ” klubu UEFA Çempionlar Liqasının
III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE
komandası ilə qarşılaşıb. Latviyadan olan hakimlər briqadasının idarə
etdiyi oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Komandalar arasında Bakıda
keçirilmiş ilk görüş Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə
yekunlaşdığından təmsilçimiz növbəti mərhələyə adlaya bilməyib. Bununla
da Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.