Xəzər Xəbər

"Atletiko"nun planı baş tutmadı

İdman | 14:02 • 14 Avqust 2018
"Atletiko"nun planı baş tutmadı

"Atletiko" klubu Serj Oryeni heyətinə qata bilməyib.


Bu barədə RMC məlumat yayıb.


Xəbərə görə, "Tottenhem" Oryeyə "Atletiko" ilə danışıqlar aparmağa izin verib.


Lakin tərəflər arasında danışıqlar müsbət nəticələnmədiyi üçün keçid baş tutmayıb.


Qeyd edək ki, "Atletiko" Oryeni Şime Vrsalkoya əvəzedici olaraq almağa planlaşdırırdı.

Xəbər lenti