Xəzər Xəbər

Ramil Şeydayevin yeni klubu bəlli olur

İdman | 12:02 • 14 Avqust 2018
Ramil Şeydayevin yeni klubu bəlli olur

"Trabzonspor"dan ayrılan millimizin hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olmaq üzrədir.

22 yaşlı hücumçu Avstriyanın "Mattersburq" klubu ilə ilkin danışıqları tamamlayıb. Onun Bundesliqa klubuna transferi tezliklə açıqlanacaq.

Şeydayev daha öncə də Avstriya klubu ilə danışıqlar aparmışdı. Lakin son detallarda anlaşma əldə edilməmişdi. Forvard Bundesliqa təmsilçisinə azad agent statusu ilə transfer olacaq.

Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xəbər lenti