Xəzər Xəbər

"Qarabağ" BATE ilə cavab oyununa çıxır

İdman | 10:21 • 14 Avqust 2018
"Qarabağ" BATE ilə cavab oyununa çıxır
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.


XəzərXəbər xəbər verir ki, təmsilçimiz "Qarabağ” səfərdə BATE ilə qarşılaşacaq. Azərbaycan çempionu növbəti mərhələyə keçmək üçün qələbə qazanmalıdır. Çünki Bakıda keçirilən ilk görüşdə rəqib 0:1 hesabı ilə qalib gəlmişdi. Oyun Bakı vaxtilə saat 21:00-da başlayacaq. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki, "Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.

Xəbər lenti