Xəzər Xəbər

"Başqa çıxış yolumuz yoxdur" - Qurban Qurbanov

İdman | 10:07 • 14 Avqust 2018
"Başqa çıxış yolumuz yoxdur" - Qurban Qurbanov
"Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir”.


XəzərXəbər-ə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə cavab oyunu öncəsi bildirib.


"Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq", - deyə Ağdam klubunun baş məşqçisi vurğulayıb.

Qeyd edək ki, BATE - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Komandalar arasında ilk qarşılaşmada Ağdam təmsilçisi doğma meydanda 0:1 hesabı ilə məğlub olub.

Xəbər lenti