Xəzər Xəbər

Ronaldo xəstəxanaya yerləşdirildi

İdman | 17:23 • 13 Avqust 2018
Ronaldo xəstəxanaya yerləşdirildi

Braziliya millisinin sabiq hücumçusu Ronaldo İbiza adasında dincələrkən pnevmoniyaya tutulub.

41 yaşlı veteran futbolçu bu səbəbdən xəstəxanaya yerləşdirilib. Həkimlər pnevmoniyanın Ronaldoda inkişaf etdiyini bildiriblər. Ronaldo bir müddət müalicədən aldıqdan sonra buraxılacaq.

Qeyd edək ki, Ronaldo iki dəfə dünya çempionu olmaqla yanaşı, "Qızıl top" mükafatını da qazanıb. O, PSV, "Barselona", "İnter", "Real", "Milan" kimi komandalarda çıxış edib.

Xəbər lenti

Çox oxunanlar