Xəzər Xəbər

"Milan" hücumçusunu icarəyə verdi

İdman | 12:30 • 12 Avqust 2018
"Milan" hücumçusunu icarəyə verdi

"Milan"hücumçusu Andre Silvanı icarəyə göndərib..

Portuqaliya millisinin üzvü "Sevilya”da çıxış edəcək. Əndəlüsiya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürüb. "Sevilya" mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilər.


Qeyd edək ki, Silva "Milan"a ötən mövsüm 38 milyon avro qarşılığında "Portu"dan keçib.

Xəbər lenti