Xəzər Xəbər

İngiltərə çempionu kim olacaq? Pele proqnoz verdisə...

İdman | 12:23 • 12 Avqust 2018
İngiltərə çempionu kim olacaq?

Dünya futbolunun əfsanəsi Pele növbəti dəfə proqnoz verib.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, Pele bu dəfə İngiltərə Premyer Liqasının yeni mövsümü ilə bağlı proqnoz verib. Braziliyalı əfsanənin proqnozlarının heç vaxt doğrulmadığını nəzərə alsaq, vay "Liverpul"un halına. Pele Premyer Liqanın qalibinin məhz "Liverpul" olacağını bildirib. O, "tvitter" səhifəsində belə yazıb:

"Bu gün Premyer Liqa başlayır. İngiltərə çempionu kim olacaq? Mən hesab edirəm ki, "Liverpul" Firmino və Alissonla birgə Premyer Liqanın qalibi olacaq".

Xəbər lenti