Xəzər Xəbər

Azərbaycan təmsilçisi idman gimnastikası üzrə Avropa çempionatının finalındadır

İdman | 12:47 • 11 Avqust 2018
Azərbaycan təmsilçisi idman gimnastikası üzrə Avropa çempionatının finalındadır

Azərbaycan gimnastı Cavidan Babayev Qlazqoda (Böyük Britaniya) idman gimnastikası üzrə Avropa çempionatında halqalarla hərəkətlərdə finala çıxıb.


AZƏRTAC xəbər verir ki, o, yuniorların təsnifat yarışlarında bu alətdə yeddinci nəticə göstərib. Hakimlər onun çıxışını 13.300 bal qiymətləndiriblər.


Qitə çempionatının komanda birinciliyində Cavidan Babayev, Səməd Məmmədli, Rüstəm Əhməd, Ağamurad Qəhrəmanov və Ramin Dəmirovdan ibarət qrup komandamız Türkiyə, Norveç, İsveç, Çexiya, İspaniya, Finlandiya, İsrail, Portuqaliya kimi komandaları geridə qoyaraq 12-ci yeri tutub.

Xəbər lenti