Xəzər Xəbər

BATE - “Qarabağ” matçının hakimləri açıqlanıb

İdman | 09:45 • 11 Avqust 2018
BATE - “Qarabağ” matçının hakimləri açıqlanıb

Ağdamın "Qarabağ” komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun BATE klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, avqustun 14-də "Borisov Arena”da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.


Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.


Qeyd edək ki, BATE – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti