Xəzər Xəbər

“Neftçi” Mirabdulla Abbasov ilə müqavilənin müddətini uzadıb

İdman | 13:15 • 3 Avqust 2018
“Neftçi” Mirabdulla Abbasov ilə müqavilənin müddətini uzadıb

"Neftçi” Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.


İyirmi üç yaşlı hücumçu 2019/2020-ci illər mövsümünün sonunadək "Neftçi”də çıxış edəcək.


Ötən mövsüm 30 oyunda 6 qol vuran Mirabdulla Abbasovun əvvəlki müqaviləsi 2018/2019-cu illər mövsümünün sonuna qədər idi.


Qeyd edək ki, "Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqaviləni yeniləyib.

Xəbər lenti