Xəzər Xəbər

“Neftçi” klubu UEFA Avropa Liqası ilə vidalaşıb

İdman | 09:48 • 20 İyul 2018
“Neftçi” klubu UEFA Avropa Liqası ilə vidalaşıb

Görüşün ilk hissəsində 3 dəqiqə ərzində iki dəfə fərqlənən ev sahibləri böyük üstünlük əldə ediblər. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Litauski, 21-ci dəqiqəsində isə Boyan Sankoviç fərqləniblər.


Oyunun 50-ci və 65-ci dəqiqələrində Donat Zsoterin və Obinna Emmanuel Nvobodonun qolları ilə hesab arasındakı fərqi dörd topa çatdıran "Uypeşt” komandası iki oyunun cəminə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.


Beləliklə, "Keşlə” və "Qəbələ” klublarından sonra "Neftçi” komandası da UEFA Avropa Liqasında mübarizəni dayandırıb.


23:00


Bakı, 19 iyul, AZƏRTAC


İyulun 19-da futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi” klubu səfərdə Macarıstanın "Uypeşt” komandası ilə qarşılaşır.


AZƏRTAC xəbər verir ki, "Ferenc Susa” stadionunda keçirilən oyunda "Neftçi”nin start heyətində Səlahət Ağayev, Anton Krivatuk, Qoran Paraçki, Baqali Dabo, Dario Federiko, Ruslan Abışev, Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Kiril Petrov, Slavko Baliç, Soni Müstivar yer alıblar.


"Uypeşt” komandasının heyətində isə meydana Filip Payoviç, Robert Litauski, Obina Nvobodo, Donat Joter, Alasan Dialo, Boyan Sankoviç, Miyuşka Boyoviç, Daniyel Bod, Branko Pauleviç, Cenan Burekoviç, Şomo Novotnı çıxıblar.


Oyunu yunanıstanlı hakimlər briqadası idarə edir. Referi Yoannis Papadopoulos, yan xətt hakimləri Trifon Petropoulos və Vasilios Kampourisdur. Dördüncü hakim funksiyasını Aqelos Evanqelou yerinə yetirir.


Xatırladaq ki, "Neftçi” klubu doğma meydanda "Uypeşt” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti