Xəzər Xəbər

Ronaldo 24 saatda “Yuventus”a 52 milyon qazandırdı

İdman | 15:32 • 14 İyul 2018
Ronaldo 24 saatda “Yuventus”a 52 milyon qazandırdı

"Yuventus”un "Real”dan transfer etdiyi Kriştiano Ronaldonun formalarına maraq böyükdü. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduzun bir sutka ərzində satılan formasının sayı 520 mindi.

Bunun cəmi 20 mini mağazalardan alınıbsa, 500 min forma onlayn sifarişlə əldə edilib. Bir formanın qiymətinin 100 avro olduğunu nəzərə alsaq, "Yuventus” 24 saat ərzində Ronaldonun forma satışından 52 milyon avroluq qazanc götürüb. Turin klubunun rəhbərliyi bu gedişlə onun transferi üçün xərclədiyi 100 milyon avronu qısa müddətdə geri qaytaracaq.

Qeyd edək ki, Kriştiano Ronaldo "Yuventus”la 4 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Xəbər lenti