Xəzər Xəbər

"Barselona" yeni transferini təqdim etdi

İdman | 12:42 • 14 İyul 2018
"Barselona" yeni transferini təqdim etdi
"Sevilya”nın sabiq müdafiəçisi Kleman Lanqlenin "Barselona”ya keçidi rəsmiləşib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Fransız futbolçu tibbi müayinədən keçdikdən sonra ictimaiyyətə təqdim olunub. Bu transfer "Barselona”ya 35,9 milyon avroya başa gəlib. 23 yaşlı müdafiəçinin sərbəst qalmaq məbləği 300 milyon avro təyin edilib.

Xəbər lenti