Xəzər Xəbər

"Yuventus" yenə "Real"ın əsas oyunçusunu istəyir

İdman | 17:12 • 13 İyul 2018
"Yuventus" yenə "Real"ın əsas oyunçusunu istəyir

"Yuventus" Braziliya yığmasının və "Real Madrid"in müdafiəçisi Marselonu da heyətinə qatmaqda maraqlıdır.

"Qoca sinyora" artıq Madrid klubunun ulduzu Kriştianu Ronaldunu 100 milyon avroya transfer edib.

Lakin "Yuventus" bu keçid üçün maliyyə baxımında çox əziyyət çəkməli olacaq. Çünki "Real" Marselo üçün 50 milyon avro qiymət qoyub. Futbolçu özü isə Madriddə 11 milyon avro qazanır.

Bu transferin reallaşması Aleks Sandrodan asılıdır. Sol cinah müdaifəcisi ilə PSJ, "Mançester Yunayted" və "Çelsi" maraqlanır.

Qeyd edək ki, əgər Marselonun keçidi baş tutsa, o, Ronaldudan sonra "Yuventus"a transfer olunan ikinci futbolçu olacaq.

Xəbər lenti