Xəzər Xəbər

Qaret Sautqeyt: "Heç kim yarımfinala qədər gələcəyimizi gözləmirdi"

İdman | 11:25 • 12 İyul 2018
Qaret Sautqeyt:

"Oyunun sonunda bəzi futbolçularım ayaq üstə dayanmaqda çətinlik çəkirdilər. Matçın son anlarını 10 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Azarkeşlər çox böyük dəstək verdilər, əslində, onlar daha artığına layiq idilər".

XəzərXəbər xəbər verir ki, bu sözləri DÇ-2018-in yarımfinal mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra İngiltərənin baş məşqçisi Qaret Sautqeyt deyib. Mütəxəssis İngiltərənin yarımfinala qədər irəliləcəyiniheç kimin təxmin etmədyini deyib:

"Bura qədər uzun yol gəldik. Hər şey bir qırağa qalsın, bura qədər gələcəyimizi kimsə təxmin edirdi? Fİnala çıxa bilmədik, amma komandam əlindən gələni etdi. Bu oyundan bəzi pozitiv şeylər öyrəndik. Xəyal edə bilmədiyimiz finala çıxa bilərdik. Artıq hər şeyi unutmalıyıq. Bu komandanı quranda təcrübə cəhətdən problem yaşayacağımızı düşünürdük. Ancaq ən istedadlı və gənc futbolçularmızı turnirdə oynamaqla təcrübəli hala gətirdik. Luka Modriçvə Ivan Rakitiçin millidə neçəoyun keçirdiyinə baxın. Komandamla qürur duyuram. Azarkeşlər də bu fikirdə olarlar. İngiltərə hər zaman qürurla xatırlanacaq turnir keçirdi. Hamımız məğlubiyyətin acısını yaşayırıq. Heç kim yarımfinala qədər gələcəyimizi gözləmirdi. İlk hissədəki oyundan sonra finalı əldən qaçırmaq üzücüdür. Hazırda ən ağır yer bizim paltardəyişmə otağımızdır".

Xəbər lenti