Xəzər Xəbər

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

İdman | 09:47 • 12 İyul 2018
“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı
Ağdamın "Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

XəzərXəbər xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” Sloveniyanın "Olimpiya” komandası ilə qarşılaşıb.


Lyublyana şəhərindəki "Stojice” stadionunda keçirilən görüş təmsilçimizin 0:1 hesablı qələbəsilə başa çatıb. Matçda yeganə qolu Donald Qerye vurub.


Qeyd edək ki, cavab oyunu iyulun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti