Xəzər Xəbər

Nazim Süleymanov açıqladı: "Sumqayıt" Cavid İmamverdiyevi trasnferə çıxardı

İdman | 11:48 • 11 İyul 2018
Nazim Süleymanov açıqladı:

"Sumqayıt" millimizin üzvü Cavid İmamverdiyevi transferə çıxarıb.

Bu barədə Sportal.az saytına "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, İmamverdiyev məşqlərə qatılmadığı üçün bu addım atılıb:

"Məşqə gəlmədiyi üçün rəhbərliklə danışdım. Bildirdim ki, əgər futbolçu komandada oynamaq istəmirsə, transferə çıxarılsın. Cavid İmamverdiyev yaxşı futbolçudur, millinin üzvüdür. Hər bir klub istəyər ki, belə bir oyunçusu olsun. Futbolçunun həvəsi yoxdusa, ona görə nizam-intizamı pozmalıyıq? Oynamaq istəmədiyi üçün transferə qoyduq".

Mütəxəssis heyətə yerli oyunçu cəlb etmək üçün axtarışlar etdiklərini deyib:

"Əlbəttə axtarışlarımız davam edir. Bəzi mövqeyləri gücləndirmək istəyirik. Bu yöndə çalışırıq"

Xəbər lenti