Xəzər Xəbər

Rusiya millisi ilə bağlı ŞOK iddia: Burunlarına dərman töküblər

İdman | 15:51 • 10 İyul 2018
Rusiya millisi ilə bağlı ŞOK iddia:

Dünya Çempionatının 1/4 mərhələsində Xorvatiya ilə qarşılaşmada mübarizəni dayandıran Rusiya yığmasının futbolçuları ilə bağlı maraqlı iddia irəli sürülüb. Almaniya qəzetləri rus futbolçuların dopinqdən istifadə etdiklərini yazıb.

Dünya Çempionatında penaltilərə gedən İspaniya və Xorvatiya oyunlarda daim burunları çıxış etmək şübhələnən Alman mətbuatı maraqlı bir iddia etdi.

Almaniyada dərc olunan "Süddeutsche Zeitung" qəzeti rusiyalı futbolçuların həm İspaniya, həm də Xorvatiya ilə oyunda burunlarını tez-tez silməsini dopinqlə əlaqələndirib. Nəşrin iddiasına əsasən, Rusiya yığmasının futbolçularının burunlarına amonyak turşusundan hazırlanmış xüsusi məhlul tökülüb.

Amonyak dopinq maddəsi sayılmır və istifadəsi qadağan deyil. Lakin bu maddədən istifadə edən insan daha çox nəfəs almağa təşviq olur və qandakı oksgien axını yaxşılaşaraq bədənə üstünlük verir.

"Bild" qəzeti də Xorvatiya oyununda da rus futbolçuların amonyak istifadə etdiyini, bəzi oyunçuların daima burnunu silməsini şübhəli fakt kimi qələmə verib.

FaktXəbər

Xəbər lenti