Xəzər Xəbər

Azar: Kilian Mbappe `Qızıl topa` layiqdir

İdman | 12:14 • 9 İyul 2018
Azar:
Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar Fransa millisinin hücumçusu Kilian Mbappenin oyununa heyran olduğunu açıqlayıb. XəzərXəbər bildirir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

"Mən onunla telefonla danışdım. Uşaqlıqda Mbappe mənim oynumu izləyib, indi isə mən onun oyununa baxıram. Mən 19 yaşında meydanda öz ustalığını nümayiş etdirən Mbappeyə çox hörmət edirəm. O, gələcəkdə mütləq "Qızıl top" almalıdır. Hərçənd düşünürəm ki, o, artıq buna layiqdir",-deyə Belçika yığmasının lideri vurğulayıb.

Qeyd edək ki, Belçika və Fransa yığmaları Dünya çempionatının yarımfinalında görüşəcəklər. Oyun iyulun 10-də Sankt-Peterburqda keçiriləcək.

Xəbər lenti