Xəzər Xəbər

Ronaldonun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlandı

İdman | 16:53 • 6 İyul 2018
Ronaldonun "Real"dan "Yuventus"a keçidinin əsas şərti açıqlandı

İspaniyanın "Real" klubu hücumçu Kriştianu Ronaldonu "Yuventus"a futbolçunun komandanı tərk etmək barədə qərarını açıq şəkildə elan edəcəyi təqdirdə sata bilər.

XəzərXəbər report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Cadena Cope" nəşrlərinə istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı futbolçunun 100 mln. avro müqabilində "Real"dan gedişi barədə hələ yanvar ayında əldə olunan razılaşma şifahidir, ona görə oyunçunun "Yuventus"a transferi barədə son sözü Madrid klubunun prezidenti Florentino Peres deyəcək.

"Real" rəhbərliyi oyunçunun komandadan gedişi ilə bağlı öz ünvanına yönələ biləcək ittihamlardan sığortalanmaq istəyir. Bu o deməkdir ki, Ronaldo mətbuat konfransı keçirməli və karyerasında "Yuventus"da yarana biləcək yeni fürsətlər xatirinə "Real"ı tərk etmək istədiyini elan etməli olacaq.

"Yuventus"un Ronaldonun "Real"dan transferini iyulun 7-də elan edəcəyi bildirilir.

Xəbər lenti