Xəzər Xəbər

Ronaldo “Yuventus”la müqavilə imzaladı İDDİA

İdman | 15:43 • 5 İyul 2018
Ronaldo “Yuventus”la müqavilə imzaladı

"Real"ın ulduzu Kriştiano Ronaldonun "Yuventus"la adı hallanmaqda davam edir.

Seriyada A-da son 7 mövsümün çempionu Ronaldoya 4 illik müqavilə təklif edib və portuqaliyalı futbolçu bu müddətdə 120 milyon avro qazanacaq.

İtaliyanın "Tele7Gold" kanalına açıqlama verən Turin klubunun keçmiş idarə heyətinin üzvü Lusiano Mocci Ronaldonun "Yuventus"la müqavilə bağladığını deyib: "Ronaldo "Yuventus"la müqavilə imzalayıb. O, Münhendə tibbi müayinədən keçib".

33 yaşlı hücumçu 2009-cu ildə 94 milyon avroya "Mançester Yunayted"dən "Real"a keçmişdi.

Xəbər lenti