Xəzər Xəbər

"Real"dan Ronaldoya yeni təklif: nə qədər maaş alacaq?

İdman | 15:17 • 5 İyul 2018
"Real"dan Ronaldoya yeni təklif:

"Real" rəhbərliyi Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.


XəzərXəbər "Football İtalia"ya istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı portuqaliyalı hücumçuya illik 30 milyon avro təklif edəcək.


Ronaldonun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. Son günlər onun "Yuventus"a transfer olunacağı ilə bağlı xəbərlər yayılır. Lakin "Real" ulduzunu buraxmaq niyyətində deyil.


Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da çıxış edir.


Xəbər lenti