Xəzər Xəbər

Dünya Çempionatı həyəcanı davam edir 1/4 FİNAL-ın cədvəli

İdman | 14:44 • 5 İyul 2018
Dünya Çempionatı həyəcanı davam edir

Rusiyada keçirilən 21-ci Dünya Çempionatının 1/4 final həyəcanı bu gün başlayacaq.

Adlarını yarımfinala yazdırmaq uğrunda mübarizə aparacaq komandaların oyunu 2 gün ərzində baş tutacaq.

1/4 finalda Avropadan 6 (Fransa, Belçika, Rusiya, Xorvatiya, İsveç, İngiltərə) Latın Amerikasından isə 2 (Braziliya, Uruqvay) mübarizə aparacaq.

Mərhələ çərçivəsində 4 oyun keçiriləcək. İlk gündə Uruqvay ilə Fransanın talelərinə aydınlıq gələcək. Günün digər matçı Braziliya ilə Belçika arasında baş tutacaq. İkinci gündə isə İsveç İngiltərə, Rusiya isə Xorvatiya ilə şanslarını sınayacaq.

1/4 finalın cədvəli belədir:

6 iyul, cümə

18.00 Uruqvay-Fransa ("Nijnıy Novqorod” stadionu)

22.00 Braziliya-Belçika (Kazan Arena)

7 iyul, şənbə

18.00 İsveç-İngiltərə (Samara Arena)

22.00 Rusiya-Xorvatiya ("Fişt” stadionu)

Xəbər lenti