Xəzər Xəbər

Uruqvayda Kavani şoku: Fransaya qarşı oynayacaq?

İdman | 13:08 • 5 İyul 2018
Uruqvayda Kavani şoku:

Uruqvay milli komandasının heyətində ciddi itki baş verib.

Komandanın əsas oyunçularından hesab edilən Edinson Kavani zədəlidi. Federasiyadan verilən açıqlamaya görə PSJ-nin forvardı 1/4 finalda Fransaya qarşı oynaya biləcək, amma onun start heyətdə yer alması çətin görünür.

Qeyd edək ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsində Portuqaliya ilə matçda (2:1) zədələnmişdi. O, komandasının son məşqində iştirak etməyib.

Xatırladaq ki, Fransa - Uruqvay qarşılaşması 6 iyul tarixində keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar