Xəzər Xəbər

"“Atletiko”da ona görə qaldım" Qrizmann açıqladı

İdman | 16:06 • 4 İyul 2018
"“Atletiko”da ona görə qaldım"

Fransa millisinin aparıcı oyunçularından olan Antuan Qrizmann, DÇ-2018-in 1/4 final mərhələsində qarşılaşacaqları Uruqvayla oyundan öncə maraqlı açıqlama verib.

XəzərXəbər komanda.az-a istinadən xəbər verir ki, "Atletiko"nun şərəfini qoruyan fransız hücumçu klubdakı komanda yoldaşı, Uruqvay millisinin müdafiəçisi Dieqo Qodin haqqında danışıb.

Bir neçə gün öncə İspaniya təmsilçisi ilə yeni müqavilə imzalayan Qrizmann, "Atletiko"da məhz Qodinə görə qaldığını bildirib:

"Dieqo mənim yaxın dostumdu, hər gün onunla birgə vaxt keçiririk. O, mənim qızımın vəftiz atasıdı. Mən də elə Qodinə görə "Atletiko"da qaldım".

Xəbər lenti