Xəzər Xəbər

“Qarabağ” Bolqarıstan millisinin futbolçusunu transfer edir

İdman | 15:29 • 4 İyul 2018
“Qarabağ” Bolqarıstan millisinin futbolçusunu transfer edir

"Qarabağ” daha bir milli komandanın futbolçusunu alır.

Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev karyerasını "Qarabağ”da davam etdirəcək.

Müqavilə ilə 2019-cu ilin iyununadək "Sportinq”ə məxsus olan futbolçu artıq Portuqaliya klubunun düşərgəsini tərk edib. 25 yaşlı oyunçu Lissabon təmsilçisində mövsümöncəsi tibbi müayinədən keçməsinə baxmayaraq, ondan bəri məşqlərdə görünmür.

Portuqaliya mətbuatı Slavçevin "Qarabağ”la anlaşdığı və Azərbaycan çempionu ilə müqavilə bağlayacağını bildirib.

Qeyd edək ki, Simeon Slavçev Bolqarıstan millisinin martda Bosniya və Herseqovina ilə Qazaxıstana qarşı keçirdiyi matçlarda heyətdə olub. O, yığmasında 17 oyun keçirib.

Xəbər lenti