Xəzər Xəbər

Məhəmməd Salah “Liverpul” ilə yeni müqavilə imzalayıb

İdman | 14:09 • 4 İyul 2018
Məhəmməd Salah “Liverpul” ilə yeni müqavilə imzalayıb

İngiltərənin "Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salah ilə yeni müqavilə bağlayıb.


Xezerxeber.az xəbər verir ki, 26 yaşlı futbolçu daha beş il "Liverpul” klubunun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfləridə açıqlanıb.


Salahın həftəlik məvacibi 100 min funtdan 200 min funtadək artıb. Beləliklə, misirli futbolçu "Liverpul” klubunun tarixində ən çox qazanan oyunçu olub. Bununla belə, Məhəmməd Salah Premyer Liqada ən çox pul qazan on futbolçu arasında səkkizinci yerdədir. O, David De Xeya ("Mançester Yunayted”) və Eden Hazardı ("Çelsi”) qabaqlayır. Aldıqları məvaciblərə görə, Məhəmməd Salahı İngiltərə Premyer Liqasında Serxio Aquyero ("Mançester Siti”, 220 min funt), Romelu Lukaku ("Mançester Yunayted”, 250min funt), Kevin De Brüyne ("Mançester Siti”, 280min funt), Pol Poqba ("Mançester Yunayted”, 290 min funt ), Mesut Özil ("Arsenal”, 300 min funt), Hari Keyn ("Tottenxem”, 300 min funt) və Aleksis Sançes ("Mançester Yunayted”, 350 min funt) qabaqlayırlar.

Xəbər lenti