Xəzər Xəbər

“Real” Neymara görə 310 milyon təklif edib? BƏYANAT

İdman | 18:18 • 3 İyul 2018
“Real” Neymara görə 310 milyon təklif edib?

"Real"ın mətbuat xidməti Neymara görə PSJ-yə 310 milyon avro təklif edilməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Madrid təmsilçisinin saytında dərc olunan bəyanatda sözügedən xəbərin həqiqəti əks etdirmədiyi, tamamilə yalandan ibarət olduğu vurğulanıb.

"Real" İspaniya İctimai Televiziyasının tamamilə səhv məlumatı yayması və tərəflərin fikirlərini öyrənərək, xəbəri dəqiqləşdirməyə cəhd etməməsi səbəbindən təəssüf hiss keçirir" - deyə, bəyanatda qeyd olunub.

Qeyd edək ki, daha öncə İspaniyanın ictimai televiziyası - TVE "Real"ın Neymara görə PSJ-yə 310 milyon avro təklif etdiyinə dair məlumat yaymışdı.

Xəbər lenti