Xəzər Xəbər

Almaniya Futbol İttifaqı Lövün taleyinə aydınlıq gətirdi

İdman | 15:38 • 3 İyul 2018
Almaniya Futbol İttifaqı Lövün taleyinə aydınlıq gətirdi

Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələcək taleyinə aydınlıq gəlib.

58 yaşlı mütəxəssis postunda qalacaq. Bundestimin Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxışı Almaniya Futbol İttifaqının Löv barədə fikrini dəyişdirməyib. Daha öncə federasiya prezidenti Raynhard Qrindel bu barədə açıqlama vermişdi.

Löv may ayında yığma ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı.

Almaniya DÇ-2018-də qrupunu sonuncu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməmişdi.

Xəbər lenti