Xəzər Xəbər

Almeydanın yeni klubu bəlli olub

İdman | 12:42 • 3 İyul 2018
Almeydanın yeni klubu bəlli olub

"Qarabağ”dan ayrılan Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda karyerasını Qazaxıstanda davam etdirəcək.

Xezerxeber.az xəbər verir ki, braziliyalı futbolçu "Astana” klubu ilə anlaşıb.

Almeyda bir müddət öncə "Qəbələ”dən ayrılan və hazırda "Astana” klubunun baş məşqçisi təyin olunan Roman Qriqorçukun dəvətini müsbət qarşılayıb. Yarımmüdafiəçi yeni klubu ilə ikilik müqavilə imzalayacaq. Riçard Almeyda Qazaxıstanda ilinə bir milyon dollar qazanacaq.

Almeyda 2011-ci ildən "Qarabağ”ın şərəfin qoruyub. O, Ağdamın "Qarabağ” klubunun heyətində 141 oyunda 33 qola imza atıb. Braziliya əsilli futbolçu 2017-ci ildən Azərbaycan milli komandasının formasını geyinir.

Xəbər lenti