Xəzər Xəbər

Pepe Reyna “Milan” ilə müqavilə imzalayıb

İdman | 12:15 • 3 İyul 2018
Pepe Reyna “Milan” ilə müqavilə imzalayıb

"Napoli” klubunun sabiq qapıçısı Pepe Reyna "Milan” klubu ilə müqavilə imzalayıb.


35 yaşlı ispaniyalının müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.


Reyna İspaniyanın "Barselona”, "Villyareal”, həmçinin İngiltərənin "Liverpul”, Almaniyanın "Bavariya” və İtaliyanın "Napoli” kimi klublarında çıxış edib. Qapıçı "Liverpul” klubunda İngiltərə kubokunun qalibi, "Bavariya”nın heyətində isə Almaniya çempionu olub. Həmçinin ispaniyalı sonuncu klubu "Napoli”də İtaliya kubokunun sahibi olub. Keçən mövsüm "Napoli”nin heyətində 47 oyuna çıxan Reyna 22 matçda qapısını toxunulmaz saxlayıb.


"Milan” klubu, həmçinin xorvatiyalı müdafiəçi İvan Straniçi də heyətinə cəlb edib. "Sampdoriya” klubundan transfer olunan Xorvatiya millisinin oyunçusu 2021-ci ilədək "rossoneri”lə müqavilə imzalayıb.

Xəbər lenti