Xəzər Xəbər

Nəhənglər getdi, Dünya Çempionatı dəyərdən düşdü 5 MİLYARDLIQ ZİYAN

İdman | 17:36 • 2 İyul 2018
Nəhənglər getdi, Dünya Çempionatı dəyərdən düşdü

Rusiyada keçirilən Dünya Çempionatında favoritlər arasında göstərilən, ancaq turnirə erkən vida edən böyük komandalar mundialın dəyərini aşağı salıb.

İspaniya, Almaniya, Argentina və Portuqaliya millilərinin bazar dəyəri toplamda 3 milayrd 30 milyon avro kimi qiymətləndirilir. Qrup mərhələsi və 1/8 finalda ələnənən komandalar da nəzərə alınsa, bu önəmli futbol turnirinin bazar dəyəri 4 milyard 763 milyon avroluq bir itkiyə məruz qalıb. Beləliklə, Almaniya, İspaniya, Argentina, Portuqaliyanın turnirlə vidalaşması mundialın dəyərini başlanğıcı ilə müqayisədə yarı-yarıya azaldıb.

"Transfermarkt”ın hesabatına görə, toplamda 11 milyardlıq mundialın ən bahalı millisi 1 milyard avronu keçən Fransadır. İkinci yerdə 974 milyon avro dəyərlə İspaniya və 883 milyon avro dəyərlə Almaniya təqib edirdi.

Hazırda mundialda yolunu davam edən Uruqvay, İngiltərə, Belçika, Braziliya kimi komandaların hazırkı bazar dəyəri 5 milyard 665 milyondur./publika.az

Xəbər lenti