Xəzər Xəbər

Məhəmməd Salah 5 illik imzanı atdı İLLİK GƏLİRİ açıqlandı

İdman | 17:26 • 2 İyul 2018
Məhəmməd Salah 5 illik imzanı atdı

İngiltərənin "Liverpul” komandası misirli ulduz Məhəmməd Salah ilə müqaviləsini yeniləyib.

Müqavilənin müddəti 5 il müəyyən edilib.

Xəbərə görə, Salah həftəlik 200 000 sterlinq gəlir əldə edəcək. Bu isə illik, təxminən, 14 milyon ABŞ dolları deməkdir.

Ötən yayda İtaliya A seriyası komandası olan "Roma”dan "Liverpul”a transfer olan Salah toplamda 52 matçda 44 qol vurub. 2018 Dünya Çempionatında isə 3 maçtda 2 qola imza atıb. İngiltərə Futbol Yazarları Birliyi Salahı 2017-ci ilin futbolçu seçib. O, 1948-ci ildə tərtib edilən mükafatı alan ilk afrikalı futbolçu olub.

Qed edək ki, misirli ulduz İngiltərə Premyer Liqasında 36 matçda 32 qol vurub, 10 məhsuldar ötürmə edib. Bu nəticə ilə Premyer Liqanın bir mövsümündə ən çox qol vuran futbolçu adını alıb.

Xəbər lenti