Xəzər Xəbər

Xorvatiya-Danimarka matçı MUNDİAL TARİXİNƏ düşdü Qapıçılar ƏFSANƏ OLDU

İdman | 14:51 • 2 İyul 2018
Xorvatiya-Danimarka matçı MUNDİAL TARİXİNƏ düşdü

2018 Dünya Çempionatının 1/8 finalında qarşılaşan Xorvatiya ilə Danimarkanın matçı mundial tarixinə düşüb.

Normal matç müddəti 1:1 hesabı ilə tamamlanan görüşdə uzatma dəqiqələrində də hesab dəyişməyib və komandalar penaltilər seriyasına keçib.

Penaltilər seriyasında ilk vuruşu danimarkalı Eriksen edib. Tottenhemli ulduz Xorvatiyanın qapıçısı Daniel Subasiçi keçə bilməyib. Xorvatiyanın ilk vuruşu da uğurlu alınmayıb. Topun başına keçən Badelj qol vurmağı bacarmayıb. 4-cü vuruşda danimarkalı Lasse Şnö qol vurmağı bacarmayıb və hesabda balans Xorvatiyanın xeyrinə pozulub. Lakin xorvatiyalı Pivariçin penaltisini dəf edən Şmeyxel komandasını məğlubiyyətdən xilas edib. Danimarkanın 5-ci penaltisi də uğursuz alınıb və topun başına keçən Rakitiç hesabı 4:3 edərək Xorvatiyanı ¼ finala çıxarıb.

Şmeyxel, ayrıca uzatma dəqiqələrində də Luka Modriçin bir penalti zərbəsini dəf edib. Penalti vuruşlarında qapıçılar Subasiç və Şmeyxel seyvləri ilə matça damğa vurub.

Beləliklə, Xorvatiya – Danimarka matçı Dünya Çempionatı tarixində penaltilər seriyasında qapıçıların 5 penalti dəf etdiyi ilk matç olub./publika.az

Xəbər lenti