Xəzər Xəbər

Dünya çempionatında TARİXİ YENİLİK 4-cü əvəzetmə

İdman | 14:27 • 2 İyul 2018
Dünya çempionatında TARİXİ YENİLİK

İspaniya və Rusiya yığmaları arasındakı 1/8 final matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub.

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov 97-ci dəqiqədə yarımmüdafiəçi Aleksandr Yeroxini meydana buraxıb. O, Daler Kuzyayevi əvəzləyib. Əvvəlki 3 əvəzləmə isə əsas vaxtın gedişində edilib.

Mundial ərəfəsində FİFA əlavə vaxtda dördüncü əvəzləmənin edilməsini qərara alıb.

Qeyd edək ki, Rusiya yığması əsas vaxtı 1:1 hesabı ilə nəticələnən görüşdə İspaniyanı penalti seriyasında 4:3 hesabı ilə yenərək, 1/4 finala yüksəlib.

Xəbər lenti